İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
28 Fevral 2025 16:42
3 318
2024-cü ilin IV rübündə cəmi istehlak kreditləri, o cümlədən kredit kartları üzrə kredit standartlarında sərtləşmə davam edib. İstehlak kreditləri üzrə standartlarda sərtləşmə əsasən kreditlərin maya dəyərinin artımı formasında olub.
“APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri barədə” hesabatda bildirilib.
Qeyd edilib ki, respondentlər növbəti rübdə ümumi istehlak kreditləri, o cümlədən kredit kartları üzrə standartlarda dəyişiklik olmayacağını proqnozlaşdırırlar.
Ümumi istehlak kreditlərinə, o cümlədən kredit kartlarına tələb artıb. Sorğuda iştirak edən respondentlərin cavablarına görə, tələbin artmasına təsir göstərən əsas faktor rəqəmsallaşma olub. Banklar növbəti rübdə ümumi istehlak kreditləri, həmçinin kredit kartlarına tələbdə dəyişiklik olmayacağını proqnozlaşdırırlar.
Bildirilib ki, stehlak kreditləri üzrə portfelin keyfiyyəti, kapital mövqeyi, maliyyələşmə dəyəri və əhalinin ödəmə qabiliyyətinə dair gözləntilər kredit standartlarına sərtləşdirici təsir göstərib.