İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
3 Aprel 2025 17:28
2 870
Bu ilin yanvar-mart aylarında dünya bazarlarında “Brent” etalon markalı neftin 1 barelinin orta qiyməti 75,6 ABŞ dolları təşkil edib, bu da ötən ilin müvafiq dövrünün göstəricisi (83,1 dollar) ilə müqayisədə 9% azdır.
Bu barədə Xalqcebhesi.az Dünya Bankının əmtəə qiymətləri üzrə aylıq hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, cari ilin martında “Brent”in orta qiyməti 72,6 dollar səviyyəsində olub, bu da fevralın göstəricisi (75,2 dollar) ilə müqayisədə 3,5% azdır.
Bildirilir ki, 2024-cü ildə “Brent” neftinin orta qiyməti 80,7 dollar səviyyəsində olub, bu da 2023-cü ilin göstəricisi (82,6 dollar) ilə müqayisədə 2,3% azdır.
Məlumata görə, cari ilin yanvar-mart aylarında WTI (West Texas Intermediate) etalon markalı neftin 1 barelinin orta qiyməti 71,4 ABŞ dollarına bərabər olub, bu da 2024-cü ilin birinci rübünün göstəricisi (77 dollar) ilə müqayisədə 7,3% azdır.
Hesabatda deyilir ki, cari ilin martında WTI-ın orta qiyməti 67,8 dollar olub, bu da öncəki ayın göstəriicisi (71,3 dollar) ilə müqayisədə 4,9% azalma deməkdir.
Qeyd olunur ki, ötən il WTI markalı neftin orta qiyməti 75,8 dollar təşkil edib, bu da öncəki ilin göstəricisi (77,7 dollar) ilə müqayisədə 2,4% azdır.