İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
8 Aprel 2025 15:05
3 122
2025-ci ilin yanvar-fevral aylarında Bakı şəhərində pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,3% artaraq 5 milyard 621,2 milyon manat olub.
Bu barədə “APA-Economics” Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Qeyd edilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 1,4 faiz artaraq 3057,9 milyon manata, qeyri-ərzaq malları isə 8 faiz artaraq 2563,3 milyon manat olub. İstehlak məhsullarının 36,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 49,9 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,5 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.