İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
14 Aprel 2025 10:27
2 548
Bu ilin 1-ci rübündə Azərbaycanda neft-kondensat hasilatı 6,9 mln. ton, ixraca nəql edilən həcmlər isə 5,7 mln. ton olub.
"APA-Economics" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Bu ilin 1-ci rübündə operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 6,9 mln. ton, ixraca nəql edilən həcmlər isə 5,7 mln. ton olub. Ötən ay 12,6 mlrd. kubmetr qaz hasil edilib. 6 mlrd. kubmetr qaz isə ixrac olunub”, - paylaşımda qeyd olunub.
Məlumata görə, yanvar-mart aylarında təxminən Avropaya 3 mlrd. kubmetr, Türkiyəyə 2,3 mlrd. kubmetr, Gürcüstana isə 0,7 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 1,4 mlrd. kubmetr qaz nəql edilib.