AK rus qazından imtina planını təsdiqlədi İqtisadiyyat

AK rus qazından imtina planını təsdiqlədi

Avropa Komissiyası (AK) bu gün Avropa İttifaqına (Aİ) Rusiyadan enerji daşıyıcılarının idxalının dayandırılması üçün “yol xəritəsi” layihəsini təqdim edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə AK-nın enerji məsələləri üzrə üzvü Dan Yorgensen Strasburqda keçirilən mətbuat konfransında bildirib.

"Bu gün biz "yol xəritəsi"ni təsdiq etdik və gələn ay komissiyanın qanunvericilik təkliflərini təqdim edəcəyik", - o qeyd edib.