Azərbaycanda bankların müştəri bazası 8% artıb İqtisadiyyat

Azərbaycanda bankların müştəri bazası 8% artıb

2025-ci il aprel ayının 1-nə Azərbaycanda bank müştərilərinin sayı illik müqayisədə 8% və ya 1 milyon 194.1 min nəfər artaraq 16 milyon 201,446 min nəfər olub.

“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bank müştərilərinin sayı cari ilin mart ayının 1-i ilə müqayisədə 69.3 min nəfər artıb.

Bu dövrdə bank müştəri hesablarının sayı isə illik müqayisədə 19.7% və ya 7 milyon 920.1 min ədəd artaraq 49 milyon 196,924 min ədəd təşkil edib.

Qeyd edək ki, bu dövrdə müştəri hesablarının 78.3%-ni cari hesablar ( 38 mln. 509.5 min), 20.6%-ni kredit hesabları ( 10 milyon 143.9 min), 1.1%-ni isə depozit hesabları (543.5 min) təşkil edib.