
“Burada diqqətçəkən məqam Çin faktorudur
7 May 23:22
7 May 23:22
7 May 23:10
7 May 23:00
Asiya regionunda iqtisadi artımın dəstəklənməsi və infrastrukturun təkmilləşdirilməsi ilə bağlı layihələr barədə müzakirələr aparılıb.
Bu barədə "APA-Economics"ə İqtisadiyyat Nazirliyindən bildirilib.
Məlumata görə, iqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) prezidentliyə namizədi xanım Zou Jiayi ilə videokonfrans formatında görüşüb.
Azərbaycanın 2016-cı ildən Bankla əməkdaşlıq etdiyi və ölkəmizin bu tərəfdaşlığa önəm verdiyi bildirilib. Bankın üzv ölkələrdə infrastrukturun inkişafına dəstəyinin, dayanıqlı inkişafın təmin olunması, o cümlədən, yaşıl iqtisadiyyata keçid, yaşıl enerjinin təşviqi ilə bağlı görülən işlərin əhəmiyyəti vurğulanıb.
Tərəflər həmçinin, AİİB-nin ölkəmizlə əməkdaşlığının əsas istiqamətləri, Asiya regionunda iqtisadi artımın dəstəklənməsi və infrastrukturun təkmilləşdirilməsi ilə bağlı layihələr barədə müzakirələr aparıblar.