İkinci Dünya Müharibəsində Azərbaycanda istifadəyə verilən enerji güclərinin həcmi açıqlanıb İqtisadiyyat

İkinci Dünya Müharibəsində Azərbaycanda istifadəyə verilən enerji güclərinin həcmi açıqlanıb

İkinci Dünya Müharibəsi illərində Azərbaycanda neft məhsullarının etibarlı istehsalını təmin etmək məqsədilə 50 min kVt-a yaxın yeni elektrik enerjisi gücü istifadəyə verilib.

Bu barədə “APA-Economica” Rusiya mətbuatına istinadən xəbər verir.

Qeyd olunub ki, Bakıda neft məhsullarının istehsalı çox böyük enerji resursları tələb edirdi. Ona görə də müharibənin lap əvvəlindən respublikada intensiv elektrik stansiyalarının tikintisi aparılırdı. Artıq 1941-ci ildə Sumqayıt-1 İstilik Elektrik Stansiyası yaradıldı - gücü 24 min kVt olan kondensasiya turbini və 25 min kVt gücündə istilik turbini istifadəyə verildi.
Həmçinin, müharibə illərində "Qırmızı Ulduz" - "Zığ" və "Zığ-Gala" 110 kV güc xətləri inşa edilərək istismara verilib ki, bu da Abşeronun əsas neft trestlərinin enerji təminatının etibarlılığını əhəmiyyətli dərəcədə artırıb və "Azenergo" elektrik şəbəkəsinin əsas transformator stansiyalarına ikitərəfli enerji təchizatı yaradıb.

Bundan əlavə, yeni "Zığ" 110 kV yarımstansiyası istifadəyə verilib və Əzizbəyov elektrik şəbəkəsi rayonunun bütün hissəsi, o cümlədən Artyom adası (Pirallahı) 35 kV gərginliyə keçirilib.