

20 May 15:58
Mayın 21-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti bahalaşıb.
"APA-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 10:10-da “CoinMarketCap” platformasında 1.33% bahalaşaraq 107 411 ABŞ dolları təşkil edib.
Son bir gündə "Ethereum"un qiymətində də artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 1.55% artaraq 2589 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 0.35%, BNB isə 1.54% bahalaşıb.
Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.