DGK ümumi idxalın 50%-ə yaxın artmasının səbəbini açıqlayıb İqtisadiyyat

DGK ümumi idxalın 50%-ə yaxın artmasının səbəbini açıqlayıb

2025-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana ümumi idxalın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 48.8 % artaraq 8 132,9 milyon ABŞ dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə idxalın həcminin 2 667,9 milyon ABŞ dolları və ya 48,8% həcmində artımı qeyri-monetar qızılın həcmi ilə bağlıdır.

Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Qeyd edilib ki, cari ilin yanvar-aprel aylarında qeyri-monetar qızılın idxalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,6 dəfə artaraq 2 527,3 milyon ABŞ dolları təşkil edib. Qeyri-monetar qızılın idxalı nəzərə alınmadan idxalın həcmi 5 605,6 milyon ABŞ dolları təşkil etməklə 8,4% artıb, xarici ticarətdə isə 3 179,1 milyon ABŞ dolları məbləğində müsbət saldo yaranmış, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1% artım deməkdir.