Dünya fond bazarlarının əsas indeks göstəriciləri İqtisadiyyat

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Mayın 21-də Amerika fond bazarlarında Dow Jones indeksi 1.91% – 41,860.44 bəndədək, S&P 500 indeksi 1.61% – 5,844.61 bəndədək, Nasdaq indeksi isə 1.41% – 18,872.64 bəndədək azalıb.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında mayın 21-də FTSE 100 indeksi 0.06% – 8,786.46 bəndədək, Almaniyanın DAX indeksi 0.36% – 24,122.40 bəndədək artıb, Fransanın CAC-40 indeksi isə 0.40% – 7,910.49 bəndədək azalıb.
Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.04% azalaraq 1.1327 dollar təşkil edib.