“Türkiyənin F-35-ə qayıdışı strateji balans tələb edir”
13 Dekabr 20:31
13 Dekabr 20:31
13 Dekabr 20:29
12 Dekabr 15:40
23 May 16:24
3 164
2025-ci il üzrə Beynəlxalq Nəqliyyat Forumu (BNF) icazələrinin Azərbaycan Respublikası üçün kvotası 1000 ədəd Avro 5 və 490 ədəd Avro 6 ekoloji normasına uyğun olmaqla, ümumilikdə 1490 ədəd təşkil edir.
Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, BNF “İcazə”ləri “Avropa Nəqliyyat Nazirləri Konfransının Çoxtərəfli Kvota Sistemi çərçivəsində həyata keçirilən daşımalar üçün Keyfiyyət Xartiyası”nın tələblərinə cavab verən operatorlara verilir.
BNF icazələrinin bölgüsü AYNA tərəfindən daşıyıcıların və Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının nümayəndələrinin iştirakı ilə ictimai iştirakçılıq təmin edilməklə aparılır.
2025-ci il üzrə avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıma fəaliyyəti göstərən 128 milli operatora 393 ədəd Avro-5, 438 ədəd Avro-6 BNF icazəsi olmaqla, ümumilikdə 831 ədəd BNF icazəsi verilib. Qalan BNF İcazələrinin bölgüsü daşıyıcıların müraciətləri əsasında il ərzində aparılır.
Qeyd edək ki, çoxdəfəli və çoxtərəfli BNF İcazələri ilə milli operatorlar tərəfindən 42 Avropa ölkəsi arasında davamlı yükdaşıma fəaliyyəti həyata keçirilə bilir.
13 Dekabr 15:15
1 715
12 Dekabr 16:29
2 226
12 Dekabr 16:27
2 282