Paytaxtda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 11% artıb İqtisadiyyat

Paytaxtda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 11% artıb

2025-ci ilin yanvar-mart aylarında Bakı şəhərində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11% artaraq 2milyard 134,5 milyon manat təşkil edib.

Bu barədə “APA-Economics” Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Qeyd edilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 778,8 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 83,3 faizinə bərabər olub.