Bakıda 4 ayda kafe və restoranların dövriyyəsi 550 mln. manata yaxınlaşıb İqtisadiyyat

Bakıda 4 ayda kafe və restoranların dövriyyəsi 550 mln. manata yaxınlaşıb

2025-ci ilin yanvar-aprel aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 19,3 faiz artaraq 545,3 milyon manat olub.

Bu barədə “APA-Economics” Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Qeyd edilib ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 313,4 milyon manat olub ki, bu da ümumi dövriyyənin 57,5 faizini təşkil edib.

Xatırladaq ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda ümumi ictimai iaşə dövriyyəsi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 17,7 faiz artaraq 764 milyon manat olub. Beləliklə, hesabat dövründə Bakıda ictimai iaşə dövriyyəsinin həcmi ölkə üzrə ümumi dövriyyənin 71.4%-nə bərabər olub.