Kriptovalyuta bazarının son göstəriciləri İqtisadiyyat

Kriptovalyuta bazarının son göstəriciləri

İyun ayının 2-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti cüzi artıb.

"APA-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 90:30-da “CoinMarketCap” platformasında 0.20% bahalaşaraq 104 833 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində isə azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 1.04% azalaraq 2495ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 0.07% ucuzlaşıb, BNB isə 0.22% bahalaşıb.

Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti bu il mayın 22-də qeydə alınıb və qiyməti 110 min dolları ötüb.