BP: Rəqəmsal əkizlər, dronlar və peyk texnologiyası artıq əməliyyatlarda istifadə olunur İqtisadiyyat

BP: Rəqəmsal əkizlər, dronlar və peyk texnologiyası artıq əməliyyatlarda istifadə olunur

“Rəqəmsallaşma və ağıllı texnologiyalar hasilat və təhlükəsizlikdə dönüş yaradır”.

“APA-Economics” xəbər verir ki, bunu "Bakı Enerji Forumu"nda çıxışı zamanı BP-nin Gürcüstan üzrə vitse-prezidenti Aytən Hacıyeva-Ağalarova bildirib.

O qeyd edib ki, rəqəmsal əkizlər, dronlar və peyk texnologiyası artıq əməliyyatlarda istifadə olunur: “Şirkət Türkiyədə peyk texnologiyasından istifadə etməklə boru kəmərləri boyunca ərazilərin monitorinqini həyata keçirir. Bununla yanaşı, BP-nin ən irəlidə olan layihələrindən biri kimi Azəri Mərkəzi Şərq Platforması (Central East Platform) qeyd olunub: “Bu, bizim ən müasir platformamızdır. Burada rəqəmsal əkiz texnologiyası tətbiq edilir, avtomatlaşdırma yüksək səviyyədədir. Platformanın üst hissəsi (topside) tam rəqəmsallaşdırılıb və təhlükəsizliklə yanaşı rəqəmsal dəstək maksimum səviyyəyə çatdırılıb.”

O əlavə edib ki, şirkət artıq dron texnologiyasından da istifadə edir – xüsusilə çənlərin (tankların) monitorinqi və təhlükəsizliyin artırılması üçün: “Dronlar sayəsində insan resurslarının sayını azaldır, təhlükəsizlik səviyyəsini isə yüksəldirik”.