İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
4 İyun 2025 17:40
3 262
Bu il Azərbaycanda enerji sisteminin qoyuluş gücü 8 976 MVt-a çatdırılıb.
“APA-Economics” xəbər verir ki, bunu Bakı Enerji Forumunda çıxışı zaman "Azərenerji" ASC-nin vitse-prezidentinin birinci müavini Yusif Qarayev deyib.
Onun sözlərinə görə, 2018-ci illə müqayisədə 2025-ci ildə Azərbaycanın (Naxçıvan Muxtar Respublikasının enerji sistemi daxil olmaqla) ümumi enerji sisteminin qoyuluş gücü 6 300 MVt-dan 8 976 MVt-dək artıb (2 676 MVt artım).