Bakıda sinif yoldaşına xəsarət yetirməyə görə saxlanılan yeniyetmə həbs edilib
30 il əvvəl taksi sürücüsünü boğaraq meyitini boruda gizlədən iki nəfər həbs edilib - BİRGƏ MƏLUMAT
Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Tramp: "Yaxın 36-72 saat ərzində İranla sülh danışıqları mümkündür"
5 İyun 2025 17:22
5 453
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO 50003:2025 “Enerji menecment sistemləri - Enerji menecmenti sistemlərinin auditi və sertifikatlaşdırılmasını həyata keçirən qurumlar üçün tələblər” dövlət standartı qəbul edilib.
Bu barədə “APA-Economics” AZSTAND-da istinadən xəbər verir.
Məlumata görə, sözügedən standart enerji menecmenti sistemlərinin audit proseslərini tənzimləməklə müəssisələrə enerji resurslarından daha səmərəli istifadəyə imkan yaradacaq. Bu standart həm də Enerji Menecmenti Sistemlərinin (EMS) auditi və sertifikatlaşdırılmasını həyata keçirən orqanlar üçün səriştəlilik, ardıcıllıq və qərəzsizlik tələblərini müəyyən edir.
Qeyd edilib ki, yeni dövlət standartı “Elektroenergetika və bərpa olunan enerji” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 46) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.