
"Hörümçək toru”nda ABŞ izi
11 İyun 23:28
11 İyun 23:28
11 İyun 23:23
11 İyun 23:17
“Elektroenergetika haqqında” qanuna dəyişikliyin əsas məqsədi tariflərdə xərclərin daha dəqiq əks etdirilməsidir.
Xalqcebhesi.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Elektroenergetika haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsində energetika nazirinin müavini Samir Vəliyev deyib.
Nazir müavini bildirib ki, layihə Azərbaycanda kommunal xidmətlər sahəsində tariflərin tənzimlənməsinin təkmilləşdirilməsi, tarif metodologiyasının tətbiqi istiqamətində atılan növbəti mühüm addımdır: "Bu yanaşmanın, yeniliyin əsas məqsədi tariflərdə xərclərin daha dəqiq əks etdirilməsidir. İstehlakçının statusundan, kommunal xidmətlərin istifadə səviyyəsindən asılı olmayaraq, daha ədalətli yanaşma tətbiq olunacaq”