AMB: 2025-2026-cı illərdə illik inflyasiya hədəf diapazonu daxilində qalacaq İqtisadiyyat

AMB: 2025-2026-cı illərdə illik inflyasiya hədəf diapazonu daxilində qalacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-2026-cı illər üzrə inflyasiya proqnozunu açıqlayıb.

"APA-Economics"in məlumatına görə, AMB qeyd edib ki, qlobal ticarətdə baş verən proseslər əmtəə və maliyyə bazarlarında dalğalanmaları gücləndirir. Bu şəraitdə əsas ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın yüksəlməsi, dollar indeksinin azalması və nominal effektiv məzənnənin aşağı templə möhkəmlənməsi xarici risk faktorlarındandır. İnflyasiyanı artıra biləcək daxili risk faktorları kimi isə xərc amilləri ilə yanaşı məcmu tələbin izafi artımı qeyd oluna bilər. Həmçinin kredit aktivliyinin məcmu tələbə və qiymətlərə mümkün təsirləri daim diqqətdə saxlanılır.
"Ümumilikdə, 2025-2026-cı illər üzrə inflyasiya proqnozlarında daxili amillərin payı aşağı qiymətləndirilir. Baza ssenariyə əsasən 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozu dəyişməz qalır" - AMB əlavə edib.