DGK xətti ilə büdcə daxilolmaları 5% azalıb İqtisadiyyat

DGK xətti ilə büdcə daxilolmaları 5% azalıb

2025-ci ilin yanvar-iyun aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 3 milyard 91,1 milyon manat təşkil edib.

“APA-Economics” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, gömrük daxilolmaları proqnozdan 4,1 milyon manat və ya 0,1 faiz çox icra edilib.
Qeyd edək ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5% azdır.

Xatırladaq ki, bu il DGK xətti ilə büdcəyə 6,6 milyard manat vəsait köçürülməsi nəzərdə tutulub.