

Ötən gün ABŞ və Avropa fond bazarlarında eniş müşahidə edilib.
"APA-Economics"in məlumatına görə, iyulun 15-də ABŞ fond bazarlarında əsas indekslər enişlə bağlanıb.
Belə ki, Dow Jones indeksi 0,98% azalaraq 44 023,29 bəndə, S&P 500 indeksi 0,40% azalaraq 6 243,76 bəndə geriləyib. NYSE Composite indeksi 1,01% enərək 20 374,38 bənd olub. S&P/TSX Composite indeksi 0,53% azalaraq 27 054,14 bənd təşkil edib. Yeganə artım Nasdaq Composite indeksində qeydə alınıb – indeks 0,18% yüksələrək 20 677,80 bəndə çatıb.
Avropa fond bazarlarında da eniş müşahidə olunub. Euro Stoxx 50 indeksi 0,31% azalaraq 5 354,17 bənd, FTSE 100 indeksi 0,66% geriləyərək 8 938,32 bənd, DAX indeksi 0,42% azalaraq 24 060,29 bənd, CAC 40 indeksi isə 0,54% azalaraq 7 766,21 bənd olub. İspaniyanın IBEX 35 indeksi isə gün ərzində ən böyük itki ilə üzləşərək 1,15% geriləyib və 13 874,70 bəndə enib.
Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0,15% artaraq 1.1618 dollar təşkil edib.
Analitiklər hesaba edirlər ki, bazarların enişinə səbəb ABŞ-da iqtisadi artımın yavaşlayacağı ilə bağlı gözləntilər, gəlirlilik əyrisindəki daralma və iri texnologiya şirkətlərinin gəlir proqnozları ətrafında yaranan narahatlıqlardır. Eyni zamanda Avropa bazarlarında inflyasiya göstəricilərinin və faiz dərəcəsi siyasətinin qeyri-müəyyənliyi də investorların risk iştahını zəiflədir.