

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Dövlət büdcəsinin qeyri neft-qaz sektoru üzrə daxilolmaları 2025-ci ilin yanvar-iyun ayları üzrə dövlət büdcəsinin ümumi daxilolmalarının 51,9 faizini təşkil etməklə 10 milyard 277,3 milyon manat olub.
“APA-Economics” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu da proqnozla müqayisədə 457 milyon manat və ya 4,7 faiz, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 232,3 milyon manat və ya 2,3 faiz çoxdur.
Qeyd edilib ki, cari ilin birinci yarısında dövlət büdcəsinin gəlirlərində qeyri neft-qaz sektoru üzrə daxilolmaların 62,4 faizini və ya 6417,6 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 30,1 faizini və ya 3091,1 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 3,0 faizini və ya 312,2 milyon manatını dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar, 4,3 faizini və ya 434,5 milyon manatını sair daxilolmalar, 0,2 faizini və ya 21,9 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar təşkil edir.
2025-ci ilin yanvar-iyun ayları üzrə dövlət büdcəsinin gəlirlərinin qeyri neft-qaz sektoru üzrə proqnoza nisbətən vergi orqanlarının xətti ilə daxilolmalar 218,6 milyon manat və ya 3,5 faiz, gömrük orqanlarının xətti ilə daxilolmalar 4,1 milyon manat və ya 0,1 faiz, dövlət əmlakının icarəyə verilməsindən və digər mənbələrdən daxilolmalar 319,2 milyon manat və ya 3,3 dəfə çox, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə 84,9 milyon manat və ya 21,4 faiz az icra olunub.
Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları isə 9526,6 milyon manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 247,8 milyon manat və ya 2,7 faiz, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 728,8 milyon manat və ya 8,3 faiz çoxdur. 2025-ci ilin ilk altı ayında dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 24,0 faizi və ya 2286,1 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmaların, 76,0 faizi və ya 7240,5 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşür.
Xatırladaq ki, 2025-ci ilin altı ayında dövlət büdcəsinin gəlirləri 19 milyard 803,9 milyon manat, xərcləri 17 milyard 95,6 milyon manat olmuş, 2 milyard 708,3 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.