II rübdə Dövlət Neft Fondu 15,8 ton qızıl alıb İqtisadiyyat

II rübdə Dövlət Neft Fondu 15,8 ton qızıl alıb

Bu ilin I yarısında Dövlət Neft Fondunun (ARDNF) gəlirləri 8,8 milyard manat, xərcləri isə 7,3 milyard manat təşkil edib.

Bu barədə “APA-Economics” Fonda istinadən xəbər verir.

Məlumata görə, qızıl alışlarının davam etməsi və qiymət artımı nəticəsində qızılın portfeldə çəkisi 28,8% olub. Bu keçən rüblə müqayisədə 3% daha çoxdur. İkinci rüb ərzində ARDNF tərəfindən 15,8 ton qızıl alınıb.