İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
1 Avqust 2025 13:01
2 982
ABŞ-ın Türkiyədəki səfiri Tom Barak Azərbaycan təbii qazının Suriyaya çatdırılmasını maliyyələşdirdiyi üçün Qətərə təşəkkür edib.
Diplomat bu barədə “X” hesabında yazıb.
O qeyd edib ki, Azərbaycandan nəql olunacaq təbii qaz avqustun 2-dən etibarən Suriya ərazisində 5 milyon evin bu yanacaq növünə ehtiyacını təmin edəcək:
“Bu, belə bir kritik anda vəziyyətin sabitləşdirilməsi istiqamətində atılan vacib bir addımdır. Qətər və onun rəhbərliyi bununla tərəfdaşlıq və dostluğu cəsarətli şəkildə nümayiş etdirdi”.