Azərbaycan neftinin qiyməti 71 dollardan aşağı enib İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 71 dollardan aşağı enib

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti 1 dollardan çox ucuzlaşıb.

"APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,78 ABŞ dolları və ya 1,09% azalaraq 70,59 ABŞ dollarına enib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 71,37 ABŞ dolları təşkil edib.