ABŞ və Avropa fond bazarlarında artım müşahidə olunur - İndekslər İqtisadiyyat

ABŞ və Avropa fond bazarlarında artım müşahidə olunur - İndekslər

ABŞ və Avropa fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub.

"APA-Economics" xəbər verir ki, avqustun 4-də ABŞ fond indeksləri günü əsasən artımla başa vurub. Nasdaq Composite indeksi 1,95% artaraq 21 053,58 bəndə, S&P 500 indeksi 1,47% artaraq 6 239,94 bəndə, Dow Jones İndustrial Average isə 1,34% artımla 44 173,64 bəndə çatıb. NYSE Composite indeksi isə 1,09% artaraq 20 488,86 bəndə yüksəlib. Bununla belə, Kanadanın S&P/TSX Composite indeksi 0,88% azalaraq 27 020,43 bəndə geriləyib.

Avropa fond bazarlarında da əksər indekslərdə müsbət dinamika qeydə alınıb. Almaniyanın DAX indeksi 1,43% artaraq 23 757,69 bəndə, Fransanın CAC 40 indeksi 1,14% artaraq 7 632,01 bəndə, İspaniyanın IBEX 35 indeksi isə 1,84% artaraq 14 386,10 bəndə yüksəlib. Pan-Avropa Euro Stoxx 50 indeksi 1,49% artımla 5 242,32 bənd təşkil edib. Böyük Britaniyanın FTSE 100 indeksi isə 0,66% artaraq 9 128,30 bəndə yüksəlib.

Dünya bazarlarında avro dollar qarşısında 0,15% ucuzlaşaraq 1,1554 dollar səviyyəsinə düşüb.

İnvestorların texnoloji sektora marağı və makroiqtisadi göstəricilərlə bağlı nikbinlik ABŞ indekslərində artımı dəstəkləyib. Avropa bazarlarında isə əsas diqqət inflyasiya göstəricilərinə və mərkəzi bankların faiz siyasətinə yönəlib.