

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
2025-ci ilin yanvar-iyul ayları ərzində dövlət büdcəsinin gəlirləri 23 480,9 milyon manat təşkil edib ki, bu da yeddi aylıq proqnozu 707,9 milyon manat və ya 3,1 faiz üstələyib.
Bu barədə "APA-Economics"ə Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 10 560,8 milyon manat təşkil edərək proqnozdan 598,0 milyon manat və ya 6,0 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 26,9 milyon manat təşkil edərək proqnozdan 6,9 milyon manat və ya 34,4 faiz, sair daxilolmalar 488,0 milyon manat təşkil edərək proqnozdan 323,3 milyon manat və ya 2,96 dəfə çox və Dövlət Neft Fondundan transfert isə 8 447,3 milyon manat təşkil edərək proqnoza qarşı 100,0 faiz icra edilib.
Eyni zamanda, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 3 589,2 milyon manat təşkil edərək proqnozdan 102,8 milyon manat və ya 2,8 faiz az, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 368,7 milyon manat təşkil edərək proqnoza qarşı 117,5 milyon manat və ya 24,2 faiz az icra olunub.
Dövlət büdcəsinin xərcləri isə 2025-ci ilin 7 ayı ərzində 20 586,9 milyon manat proqnoza qarşı 19 944,6 milyon manat məbləğində icra edilib ki, bu da 96,9 faiz təşkil edir.