Avropada təbii qazın qiyməti 375 dollardan aşağı enib İqtisadiyyat

Avropada təbii qazın qiyməti 375 dollardan aşağı enib

Ötən gün hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 375 ABŞ dollarından aşağı enib.

“APA-Economics” xəbər verir ki, 15 avqust tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə sentyabr fyuçerslərinin qiyməti 374,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (388 dollar) ilə müqayisədə 3,5% azdır.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.