

20 Avqust 23:37
20 Avqust 23:27
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlük prosesi və Birləşmiş Ərəb Əmirlikləri ilə hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi üzrə görülmüş işlər barədə məlumatların Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasına təqdim edilməsi planlaşdırılır.
“APA-Economics” xəbər verir ki, bu Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Beynəlxalq ticarət” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyası tərəfindən təsdiq edilən 2025-ci il üzrə Yol Xəritəsində öz əksini tapıb.
Yol xəritəsinə görə, cari ilin 1 oktyabr tarixinə qədər Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı işçi qrupun növbəti iclasının keçirilməsinə hazırlıq işlərinin görülməsi nəzərdə tutulub.