Leyla Əliyeva “Azərbaycan təbiətinin izi ilə” sərgisinin açılış mərasimində iştirak edib - FOTO
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
Prezident İlham Əliyev və İtaliya Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Prezident İlham Əliyevin İtaliya Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO - YENİLƏNİB
21 Avqust 2025 11:25
17 220
Yaxın günlərdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2026-cı il üzrə qrant müsabiqələrini elan edəcək”.
"Xalq Cəbhəsi" xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İctimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva bildirib.
Ü.Qarayeva deyib ki, QHT-lərin layihə təkliflərini hazırlamaq üçün 2 ay vaxtı olacaq. Qrant məbləğlərinin yuxarı həddi kiçik qrant üzrə 15 min, orta qrant üzrə 30 min, böyük qrant üzrə 50 min manatdır:
“7 əsas mövzu istiqaməti veriləcək. Onlardan 3 mövzu istiqaməti üzrə layihələr yalnız QHT koalisiyası adından qəbul olunacaq. Koalisiya minimum “1 yerli QHT+1 xarici QHT” formatındadır, əsas icraçı yalnız yerli QHT ola bilər”.
Agentlik təmsilçisi onu da xatırladıb ki, 2025-ci ilin aprelində Bakıda Qlobal Cənub QHT Platforması təsis edilib. İlk dəfə Azərbaycan vətəndaş cəmiyyətinin irəli sürdüyü təşəbbüs dünya ölkələrinin 3/2 hissəsini əhatə edən nəhəng regiondan beynəlxalq dəstək qazanıb və 116 ölkədən QHT-lər bu ideya naminə Bakıya toplaşaraq birgə platforma qurub:
“Platforma Bakını Qlobal Cənub QHT-lərin təşəbbüslərinin əsas mərkəzinə çevirməkdədir. Çox şadıq ki, Azərbaycan QHT-ləri artıq lokal çərçivəni və ölkə xaricindəki fraqmentar təşəbbüslər həyata keçirmək mərhələsini adlayıb. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi də 2026-cı il üzrə qrant müsabiqələri elanında beynəlxalq əməkdaşlıq üçün stimullaşdırıcı addımlar atıb”.
Ülviyyə Qarayeva onu da qeyd edib ki, bu dəfə də QHT-lər əsas mövzulardan kənar - aktual hesab etdikləri milli, ictimai və beynəlxalq əhəmiyyətli istənilən mövzuda da layihə təklifi ilə çıxış etməkdə sərbəst olacaq.
Cavid
4 May 11:33
1 288
22 Aprel 23:45
6 153
15 Aprel 23:38
9 702