İtaliyada hava limanında sərnişinlərdən biri yanğın törədib Dünya

İtaliyada hava limanında sərnişinlərdən biri yanğın törədib

İtaliyanın Milan şəhərindəki Malpensa hava limanında sərnişinin Terminal 1-də 13 nömrəli qapının yaxınlığındakı zibil qutusunu yandırması nəticəsində yanğın baş verib, sərnişinlər panikaya düşüb.

Sərnişin daha sonra əlindəki çəkiclə bəzi qeydiyyat ekranlarını sındırıb.

Hava limanının təhlükəsizlik işçiləri cəld müdaxilə ediblər. Daha sonra o, aeroport polisi tərəfindən nəzarətə götürülüb.

Yanğına müdaxilə edən yanğınsöndürənlər ehtiyat tədbiri olaraq terminalı boşaldıblar.

Təhlükəsizlik yoxlamaları tamamlandıqdan sonra terminalın fəaliyyəti normal vəziyyətə düşüb.