

23 Avqust 19:42
23 Avqust 17:46
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Bu ilin I yarımilində elektron satınalmaların həcmi 1 632,7 milyon manat təşkil edib.
Bu barədə "APA-Economics"ə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,2% çoxdur.
Hesabat dövründə elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilmiş məbləğ ötən ilin müvafiq dövrünə nəzərən 38,6% artaraq 329,2 milyon manat təşkil edib.
6 ayda açılışı baş tutmuş satınalmalar üzrə orta iştirakçı sayı açıq tender metodu üzrə 4,3, kotirovka sorğusu metodu üzrə 3,4 olmaqla, ümumilikdə 3,7 təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə açılışı baş tutmuş satınalmalarda orta iştirakçı sayı ümumilikdə 2,8% artıb, o cümlədən açıq tender metodu üzrə 7,5% artım qeydə alınıb, kotirovka sorğusu metodu üzrə isə bu göstərici ötən ilin müvafiq dövrünün göstəricisi ilə eynilik (3,4) təşkil edib.
Bundan əlavə, satınalan təşkilatlar tərəfindən müxtəlif maneələrin yaradılması ilə əlaqədar Agentliyə daxil olan 789, digər məsələlərlə əlaqədar isə 239 müraciətə baxılıb. Müsabiqə zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunan 501 yekun protokol ləğv edilib.