

3 Sentyabr 23:45
3 Sentyabr 23:34
3 Sentyabr 23:28
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
İzmirdə energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar görüş keçiriblər.
“APA-Economics” xəbər verir ki, bu barədə Pərviz Şahbazov “X” sosial şəbəkəsində baylaşım edib.
İzmirdə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar və nümayəndə heyətlərinin iştirakı ilə karbohidrogen və bərpa olunan enerji sahələrində ikitərəfli və regional əhəmiyyətli layihələr üzrə əməkdaşlığımızın inkişafına dair səmərəli görüş keçirdik. Türkiyə istiqamətində müxtəlif marşrutlar üzrə elektrik enerjisi ixracı üçün infrastrukturun yaradılması məsələlərini müzakirə etdik”, - paylaşımda qeyd olunur.
Həmçinin İzmirdə keçirilən Azərbaycan-İtürkiyə IV.Forum çərçivəsində fəaliyyət göstərən karbohidrogen və neft-kimya, elektrik enerjisi bazarı, elektrik enerjisinin paylanması və ötürülməsi, tənzimləmə, enerji səmərəliliyi və mədənçilik üzrə işçi qruplarının məruzələrini dinlənilərək əməkdaşlığın növbəti mərhələləri üzrə addımlar müəyyənləşdirilib.