Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb İqtisadiyyat

Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun "ağarması" prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4 milyard 180,4 milyon manatdan çox olub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,2 % və yaxud 455,8 milyon manat çoxdur. O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,2 % artaraq 2 milyard 788,5 milyon manatı keçib.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 11 % artaraq 148,2 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,3 % artaraq 113,2 milyon manata çatıb.

İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 10,3 % artaraq 727,6 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10 % artaraq 515 milyon manat təşkil edib.