İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
6 Sentyabr 2025 12:58
3 388
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti yenidən tarixi maksimumu yeniləyib.
"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 1,29% artaraq 3 653,3 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 0,33% artaraq 41,55 ABŞ dolları olub.
Analitiklər qeyd edirlər ki, qızılın kəskin bahalaşması əsasən ABŞ-da zəif məşğulluq göstəriciləri fonunda FED-in faiz endirimi gözləntilərinin artması, dolların zəifləməsi və mərkəzi bankların qızıla tələbinin yüksəlməsi ilə bağlıdır. Bununla yanaşı, qlobal iqtisadi və siyasi qeyri-sabitliklər investorların təhlükəsiz liman kimi qızıla üz tutmasına səbəb olur.