

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Azərbaycanla Şimali Makedoniya arasında bərpa olunan enerji mənbələrinin (BOEM) inteqrasiyası sahəsində ikitərəfli əməkdaşlığın böyük perspektivləri var, bu, xüsusilə birgə layihələrin hazırlanması, bilik və texnologiyaların mübadiləsinə aiddir.
Bunu "Report"a eksklüziv müsahibəsində Şimali Makedoniyanın energetika, dağ-mədən sənayesi və minerallar naziri Sanya Bojinovska deyib.
O qeyd edib ki, "yaşıl keçid"in uğurla həyata keçirilməsinə kömək edəcək əlverişli normativ-hüquqi və investisiya mühitinin formalaşdırılması sahəsində əməkdaşlıq üçün potensial var.
Nazirin sözlərinə görə, ölkələr arasında əməkdaşlıq potensialı böyükdür, xüsusilə günəş və külək enerjisi sahəsində.
"Şimali Makedoniya bərpa olunan enerji mənbələrinin milli enerji sisteminə inteqrasiyası sahəsində Azərbaycanın təcrübəsini yüksək qiymətləndirir və bu strateji əhəmiyyətli sahədə öz potensialını gücləndirməyə imkan verəcək tərəfdaşlığa açıqdır", - S.Bojinovska bildirib.
O deyib ki, qlobal enerji çağırışları və dekarbonizasiya öhdəlikləri şəraitində Şimali Makedoniya milli enerji sektorunun transformasiyası üzərində fəal işləyir: "yaşıl enerji"nin payını artırır, enerji səmərəliliyini yüksəldir və texnoloji innovasiyaların tətbiqini dəstəkləyir.
Şimali Makedoniyanın "Black Sea Energy" sualtı enerji kabeli layihəsinə marağına toxunan nazir bu layihənin Avropa və Qafqaz arasında əlaqəni gücləndirdiyi üçün böyük strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb. "Şimali Makedoniya uzaqlığına görə birbaşa iştirakçı olmasa da, təşəbbüsü böyük maraqla izləyir", - o əlavə edib.
Rəsmi məlumatlara görə, 2024-cü il üçün bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının quraşdırılmış gücü belədir: fotoelektrik stansiyalar - 848 MVt, külək elektrik stansiyaları - 82 MVt, su elektrik stansiyaları - 720 MVt, bioqaz elektrik stansiyaları - 12 MVt, biokütlə elektrik stansiyaları - 1 MVt.
"Son illərdə BOEM-in tətbiqinə maraq əhəmiyyətli dərəcədə artıb, bu da daxili elektrik enerjisi istehsalının strukturunda dəyişikliyə səbəb olub. Təkcə son dörd ildə 1 201 yeni elektrik stansiyası inşa edilib, onlardan 345 günəş stansiyası 2024-cü ilin payına düşür", - nazir deyib.
Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq mümkündür.