

Dünya əmtəə bazarlarında neft ucuzlaşıb.
APA-Economics-in məlumatına görə, dünya bazarında neftin qiyməti azalıb. WTI Crude Oil (Nymex) markalı neftin qiyməti 0,18 dollar və ya 0,28% azalaraq 63,39 ABŞ dolları olub. Brent Crude (ICE) markalı neft isə 0,12 dollar və ya 0,18% ucuzlaşaraq 67,32 ABŞ dollarına enib.
Qiymətlərin enməsi qlobal bazarda tələb-təklif balansı ilə bağlı qeyri-müəyyənliklər və investorların iqtisadi artım perspektivlərinə dair ehtiyatlı mövqeyi ilə izah olunur.