Türkiyədə meşə yanğınlarında həlak olanlara şəhid statusu veriləcək Dünya

Türkiyədə meşə yanğınlarında həlak olanlara şəhid statusu veriləcək

Türkiyədə meşə yanğınlarında həlak olan şəxslərə şəhid statusu veriləcək.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə məlumat “Resmi Gazete”də dərc olunub.
Qərara əsasən, meşə yanğınları ilə mübarizə zamanı həlak olan könüllülər və vətəndaşlar şəhid sayılacaq.

Yeni qaydalar 1 yanvar 2026-cı ildən qüvvəyə minəcək, könüllülərin ailələri dövlət təminatından yararlana biləcək.