"Putin Zelenski ilə görüşə bilər" Dünya

"Putin Zelenski ilə görüşə bilər"

Rusiya və ABŞ prezidentlərinin danışıqları uğursuzluqla nəticələndikdən sonra, Vaşinqton Ukraynaya hərbi yardımları intensivlədirib. Artıq Ukrayna Donetsk istiqamətində uğurlu əks-hücuma keçib.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, D.Tramp ötən gün V.Putini işğalçı adlandırdı. Artıq Rusiya-Ukrayna müharibəsində yeni dönəm başlayıb:

"Avropa İttifaqı və ABŞ Rusiyaya yanaşmada müharibədə fikir ayrılıqlarını kənara qoyub vahid mövqedən çıxış edir. Rusiyanın Polsa və Rumıniyanın hava sərhəddini pozması proseslərin başlanmasına zəmin yaratdı. Tramp Avropada səfərdədir. Bu səfərdə Ukraynaya hərbi yardımlar və müharibənin Qərbin leyhinə dəyişməsi üçün fundamental qərarlar qəbul ediləcək.

Trampın əsas məqsədi Putin və Zelenskini görüşdürməkdir. Artan hərbi təzyiqlər fonunda Putin Zelenski ilə neytral bir ölkədə görüşə bilər".

Cavid