

Azərbaycan xarici borcun ümumi daxili məhsula nisbətinə görə dünyada 8-ci yer tutur. Bu da ölkədə maliyyə stabilliyindən xəbər verir ki, investisiya üçün cəlbedici mühitin əsaslarındandır.
Bunu İtaliyanın “TEHA Group & The European HouseValerio De Molli” şirkətinin baş icraçı direktoru Valerio De Molli “See Breeze” də keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, Azərbaycan bir sıra qeyri-neft sektorlarında mühüm irəliləyişlər əldə edib. Ölkənin ixrac bazasında genişlənmələr qeydə alınıb. Buna misal olaraq dəri, minerallar, dəmir və poladın ixracatında olan artıma diqqət çəkilib.
Azərbaycanın elmi tədqiqat sahəsindəki nailiyyətlərinə diqqət çəkən Valerio de Molli əlavə edib ki, 2017-ci ildən bəri dünya üzrə elmi nəşrlərin sayının artmasında Azərbaycan 9-cu yerdə qərar tutur.
Valerio de Molli qlobal ümumi daxili məhsul haqqında danışarkən isə, G7 təşkilatının öz çəkisini tədricən itirdiyini və yerini BRİCS ölkələrinə verdiyini bildirib.