İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
22 Sentyabr 2025 13:03
3 017
Ekspertlərin proqnozuna görə, Orta Dəhliz ölkələrinin ticarət dəyəri 2023–2040-cı illər arasında 150% , həcmi isə 60% artacaq.
"APA -Economics" xəbər verir ki, bunu I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Rolande Pryce deyib.
O bildirib ki, yük daşımalarının həcmi 2040-cı ilə qədər üç dəfə arta bilər.
"Dünya Bankı Qrupu Orta Dəhliz layihələrini aktiv şəkildə dəstəkləyir: infrastrukturun yenilənməsi, tənzimləmə islahatları və rəqəmsal ticarət imkanlarının artırılması istiqamətində addımlar atır"- deyə əlavə edib.