

Macarıstan Azərbaycanda enerji sahəsindən başqa sahələrə də, müxtəlif infrastruktur layihələrinə investisiyalar qoyur.
APA xəbər verir ki, bunu Macarsıtan Xarici İqtisadi Əlaqələr üzrə Dövlət Katibinin müavini və Macarıstan İxracın Təşviqi Agentliyinin İcraçı direktoru Katalin Bihari Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.
“Biz müxtəlif layihələrə, o cümlədən azad edilmiş ərazilərdəki layihələrə də investisiya qoyuruq. Macarıstanın xarici siyasətinin əsasını iqtisadi diplomayiya təşkil edir. Biz dünya üzrə ixracatda 34-cü yerdəyik. Macarıstann ticarət və ixracat strategiyası var və bu düşünülmüş strategiya ölkəyə çoxlu investor cəlb edib. Çünki, onlara stimul və güzəştlər təqdim olunur”- Katalin Bihari deyib.
O, Macarıstanın öz xarici siyasətində iqtisadiyyatın xüsusi yerini bir daha vurğulayıb və xarici ticarətin Macarıstan Xarici İşlər Nazirliyi tərəfindən diqqətlə izlənildiyini bildirib.