İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
25 Sentyabr 2025 17:47
2 373
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB-EBRD) Azərbaycanda ilk dəfə istiqraz emissiya edəcək.
Xalqcebhesi.az bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir. Məlumata görə, Bank ümumilikdə 50 milyon manat həcmində istiqraz buraxacaq.
İstiqrazların hər birinin nominal dəyəri 100 min manat olan sayı isə 500 ədəddir.
İstiqrazlar "Bakı Fond Birjası" QSC-də yerləşdiriləcək, 1 oktyabr 2025-ci ildən 1 oktyabr 2026-cı ilə qədər dövriyyədə olacaq. Faizlər AZİR indeksinə uyğun olaraq rübdə bir dəfə ödəniləcək.