Dünya fond bazarlarının əsas indeks göstəriciləri İqtisadiyyat

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Amerika fond bazarlarında Dow Jones indeksi 0,17% – 46,519.72 bəndədək, S&P 500 indeksi 0,06% – 6,715.35 bəndədək, Nasdaq indeksi isə 0,39% – 22,844.05 bəndədək artıb.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0.20% – 9,427.73 bəndədək azalıb, Almaniyanın DAX indeksi 1.28% – 24,422.56 bəndədək, Fransanın CAC-40 indeksi isə 1.13% – 8,056.63 bəndədək artıb.

Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0,03% artaraq 1.1717 dollar təşkil edib.