
“Regionda davamlı sülh üçün…”-ekspert
7 Oktyabr 14:00
7 Oktyabr 14:00
7 Oktyabr 13:16
Oktyabrın 8-də ABŞ fond bazarlarında əsas indekslər enişlə bağlanıb.
"APA-Economics" xəbər verir ki, Dow Jones Industrial Average 0,20% azalaraq 46 602,98 bənd, S&P 500 indeksi 0,38% geriləyərək 6 714,59 bənd, Nasdaq Composite isə 0,67% enərək 22 788,36 bənd olub.
Avropa bazarlarında isə zəif artımlar qeydə alınıb. FTSE 100 indeksi 0,05% artaraq 9 483,58 bənd, DAX indeksi 0,03% yüksələrək 24 385,78 bənd, CAC-40 indeksi isə 0,04% qalxaraq 7 974,85 bənd təşkil edib.
Analitiklər qeyd edirlər ki, ABŞ fond bazalarında enişin əsas səbəbi Federal Ehtiyat Sisteminin növbəti faiz qərarları ilə bağlı qeyri-müəyyənlik və texnologiya şirkətlərinin səhmlərində satışların güclənməsidir. Avropa bazarlarında artım isə enerji qiymətlərində sabitləşmə və Avrozonada iqtisadi aktivliklə bağlı müsbət gözləntilərlə izah olunur.
Dünya bazarlarında avro dollara qarşı 0,16% azalaraq 1,1723 ABŞ dolları səviyyəsində qərarlaşıb. Avronun zəifləməsinə ABŞ valyutasının möhkəmlənməsi və Avrozonada zəif inflyasiya göstəriciləri təsir edib.