
“Regionda davamlı sülh üçün…”-ekspert
7 Oktyabr 14:00
7 Oktyabr 14:00
7 Oktyabr 13:16
2025-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 6 milyard 488 milyon manat təşkil edib.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18.5% və ya 1 milyard 13 milyon manat artıb.
Qeyd edək ki, hesabat dövründə kredit kartları ilə aparılan əməliyyatların 3 milyard 785 milyon manatı elektron ticarət, 1 milyard 449 milyon manatı POS-terminallar, 1 milyard 16 milyon manatı bankomatlar, 238 milyon manatı isə xaricdə aparılan əməliyyatlar vasitəsilə həyata keçirilib.
Xatırladaq ki, 2025-ci il sentyabr ayının 1-nə ölkədə kredit kartlarının sayı 2 milyon 113 min təşkil edib.