İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
14 Oktyabr 2025 11:47
2 142
2027-ci ilə qədər Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan kəməri ilə tranziti potensialın ildə 7 milyon tona qədər artırılması planlaşdırılır.
"APA-Economics" xəbər verir ki, bu barədə Bakıda keçirilən Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 21-ci iclası zamanı energetika naziri Pərviz Şahbazov bildirib.
"Enerji sektorunda SOCAR və “KazMunayQaz” arasında Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranziti üzrə əməkdaşlıq uğurla inkişaf edir", - nazir qeyd edib.
Onun sözlərinə görə, 2023-cü ildən indiyədək BTC kəməri ilə 3,4 milyon ton Qazaxıstan nefti dünya bazarına çıxarılıb.