İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
15 Oktyabr 2025 11:42
2 037
Belarus Azərbaycanla birgə istehsal müəssisələri yaratmaqda maraqlıdır.
Bunu APA-ya Belarus Respublikasının Azərbaycandakı səfiri Dmitri Pineviç deyib.
Azərbaycanla Belarus arasında uzun məsafənin hər iki ölkədən ixrac olunan malların qiymətinin qalxmasına təsir etdiyi bildirən səfir yaradılacaq birgə müəssisələrin vəziyyətdən çıxış yolu olduğunu qeyd edib: “Aramızda 2800 kilometr məsafə var, əsas çətinlik budur. Əlbəttə, məsafə malların qiymətinə təsir edir. Sənaye kooperasiyası birgə istehsal yaratmağa imkan verir. Bu, kooperasiya layihələrinin ən yüksək formasıdır və iqtisadi strukturda ciddi dəyişikliklərə səbəb ola bilər. Məhz buna görə, birgə istehsal logistika xərclərini azaltmaq baxımından çox vacibdir”.