İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
15 Oktyabr 2025 17:39
2 275
Ötən ay Azərbaycandan Gürcüstana 3,40 milyon ABŞ dolları köçürülüb.
APA-nın xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankının hesabatından məlum olub.
İllik müqayisədə pul köçürmələrinin həcmi 1,89% azalıb. Gürcüstana sentyabr ayında daxil olan ümumi pul köçürmələrində Azərbaycanın payı 1,07% təşkil edib.
Hesabat ayında Gürcüstandan Azərbaycana isə 6,46 milyon ABŞ dolları göndərilib ki, bu da ötən ilin eyni göstəricisindən 43% çoxdur.
Bu ilin yanvar-sentyabr aylarında isə Azərbaycandan Gürcüstana 30,2 milyon ABŞ dolları, əks istiqamətdə isə 46,3 milyon ABŞ dolları köçürülüb.